Trampdan Makrona SƏRT MESAJ – “Dedim ki, bu addımı atsan...” – VİDEO  

Trampdan Makrona SƏRT MESAJ – “Dedim ki, bu addımı atsan...” – VİDEO  

Hazırda oxunan: Trampdan Makrona SƏRT MESAJ – “Dedim ki, bu addımı atsan...” – VİDEO  

172595

ABŞ-ın sabiq prezidenti Donald Tramp Fransanın Prezidenti Emmanuel Makronla dialoqundan söz açıb.

Bizim.Media “trt haber”ə istinadən xəbər verir ki, amerikalı siyasətçi Ayova ştatında çıxışı zamanı Makronun vaxtilə onun tələbləri qarşısında geri addım atdığını bildirib. 

Belə ki, Tramp çıxışında Makronla olan telefon danışığını xatırladıb:

“Makron meksikalı biznesmenlər üçün 25 faiz vergi tətbiq etməklə bağlı fərman imzalayırdı. Mən ona bu addımı atmayacağını bildirdim. O isə qərarın çoxdan verildiyini dedi. Mən də cavab olaraq, qanun təsdiqlənərsə, Fransadan gələn şərab məhsullarına 100 faiz gömrük rüsumu tətbiq edəcəyimi dedim. Bundan sonra, “Yox, yox, bunu edə bilməzsən” dedi. Mən isə artıq sərəncamı imzalamaq üzrə olduğumu deyəndə Makron geri addım atdı”.

Həmin görüntüləri təqdim edirik:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO