Baş nazir Əli Əsədov “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərar imzalayıb.
Bizim.Media xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə onun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir.
MÖVZU İLƏ BAĞLI:
Müharibə əlillərinə verilən təqaüdlə bağlı YENİ QƏRAR
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və işçinin gələcək inkişafını müəyyənləşdirməkdən ibarətdir.
Bizim.Media