Eyvandan yıxılan yeniyetmənin vəziyyəti ilə bağlı TƏBİB-dən açıqlama

Eyvandan yıxılan yeniyetmənin vəziyyəti ilə bağlı TƏBİB-dən açıqlama

Hazırda oxunan: Eyvandan yıxılan yeniyetmənin vəziyyəti ilə bağlı TƏBİB-dən açıqlama

172352

Abşeron rayonu, Masazır qəsəbəsində eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın vəziyyəti ağır, stabil olaraq qiymətləndirilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TƏBİB yayıb.

Mənbə qeyd edib ki, onun vəziyyətində müsbət dinamika müşahidə edilir: “Pasiyentdə əlavə oksigen dəstəyinə ehtiyac yoxdur. Pasiyentin hemodinamikası stabildir, zəruri tədbirlər görülməkdə davam edilir”.
Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb. TƏBİB isə A.Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO