Aparıcının canlı efirdə fındıq yeməsi ona baha başa gəldi - VİDEO

Aparıcının canlı efirdə fındıq yeməsi ona baha başa gəldi - VİDEO

Hazırda oxunan: Aparıcının canlı efirdə fındıq yeməsi ona baha başa gəldi - VİDEO

172292

Türkiyənin "TV100" telekanalında yayımlanan "Cansu Canan Özgen ile özgür ifade" analitik xəbərlər verilişində gözlənilməz hadisə yaşanıb.

Bizim.Media verir ki, canlı efirdə qonaqlar mövzu ilə bağlı fikirlərini səsləndirərkən aparıcı Cansu Canan Özgen öskürməyə başlayıb.

Proqramın gedişatında aparıcının nəfəs ala bilmədiyi ortaya çıxıb. Qonaqlar Cansuya başını yuxarı qaldırıb su içməyi məsləhət görsələr də aparıcı öskürməkdə davam edib. Bundan sonra efir yarıda kəsilərək reklama çıxıb.
Reklamlardan sonra verilişin yayımı davam edib və Cansu boğazında fındıq qaldığı üçün nəfəs ala bilmədiyini dilə gətirib. Aparıcı özünü yaxşı hiss etdiyini söyləyərək verilişi davam etdirib.

Efirdə baş verən həmin qorxulu anları sizə təqdim edirik:
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO