Həyat yoldaşı Vəfa Şərifovaya Dubayda ev alıb - VİDEO

Həyat yoldaşı Vəfa Şərifovaya Dubayda ev alıb - VİDEO

Hazırda oxunan: Həyat yoldaşı Vəfa Şərifovaya Dubayda ev alıb - VİDEO

172276

Müğənni Vəfa Şərifovaya həyat yoldaşı iş adamı Famil Xəlilov daha bir lüks mənzil bağışlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "El canlı" verilişində məlumat yayıb.

Sənətçi bildirib ki, küsülü olduğu həyat yoldaşı onu əfv etməsi üçün daha bir ev alıb.

Bu anda isə proqramın aparıcısı Elcan Rəsulov "Evi hansı şəhərdə alıb?" sualına Vəfa "Demirik, çünki göz, nəfis bizim evimizi yıxır" qısa cavabını verib.

Bu cavabdan narazı qalan Elcan "Həyat yoldaşı Vəfa üçün Birləşmiş Ərəb Əmirlikləri olan Dubay şəhərində ev alıb" sözlərini gülərək dilə gətirib. Bu faktı isə V.Şərifova təsdiqləyib.

Xatırladaq ki, Vəfa daha əvvəl verilişlərin birində həyat yoldaşının onunla barışıq jesti olaraq "Ağ şəhərdə" ev hədiyyə etdiyini açıqlamışdı.

Qeyd edək ki, V.Şərifovanın Famil Xəlilovdan bir qız və bir oğul övladı var.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO