Bakıda tuneldə QƏZA - FOTO

Bakıda tuneldə QƏZA - FOTO

Hazırda oxunan: Bakıda tuneldə QƏZA - FOTO

172179

Bakının Nərimanov rayonunda tuneldə yol-nəqliyyat hadisəsi olub.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

İdarəetməni itirən “Mercedes” markalı avtomobilin sürücüsü maşını “Chevrolet” markalı avtomobilə çırpıb. Nəticədə “Chevrolet” tuneldəki beton maneəyə dəyib və minik vasitəsi deformasiyaya uğrayıb. Qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.
Yolda sıxlığın qarşısını almaq üçün qəzaya uğramış nəqliyyat vasitələri ərazidən uzaqlaşdırılıb.

Qəza yerinə polis əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO