Laçında həlak olan gizirin dayısı: “Qalib xalqın övladı kimi bu dünyadan köçdü” - VİDEO

Laçında həlak olan gizirin dayısı: “Qalib xalqın övladı kimi bu dünyadan köçdü” - VİDEO

Hazırda oxunan: Laçında həlak olan gizirin dayısı: “Qalib xalqın övladı kimi bu dünyadan köçdü” - VİDEO

172112

“Həsən çox vicdanlı, mərd və qabiliyyətli oğul idi. 5 bacının bir qardaşı olsa da, ömrünü hərbiyə bağlamışdı. O, 11 il Azərbaycan Ordusunda xidmət elədi. 44 günlük Vətən müharibəsində bütün qaynar nöqtələrdə, Kəlbəcərdə, Laçında döyüşlərdə olmuşdu. Laçında xidmətdə olarkən həlak oldu. Bir təskinliyimiz odur ki, zəfər qazanmış bir xalqın övladı kimi bu dünyadan köçdü”. 

Bizim.Media-nın yerli bürosuna bu açıqlamanı Laçında avtomobil qəzasında həyatını itirən gizir Həsən İsmayılovun dayısı İlyas Zeynalov verib.

Onun sözlərinə görə, bacısı oğlu 11 il hərbidə olduğu müddətdə vicdanla öz borcunu yerinə yetirib:
 

MÖVZU İLƏ BAĞLI:

Laçında həyatını itirən hərbçimizlə vida mərasimi keçirilir - FOTO


“O, kəşfiyyatçı idi. Müharibə vaxtı çox qaynar nöqtələrdə döyüşlərdə vuruşmuşdu. Torpaqlarımızın geri qaytarılmasına, xalqımızın zəfər qazanmasına çox sevinirdi. Yenə də hərbi vəzifə borcunu yerinə yetirərkən şəhid oldu. Bütün Gəncəlilərdən,  Azərbaycan xalqından çox razıyıq. Həsənlə vida mərasiminə hamı qatılmışdı” deyə İ. Zeynalov əlavə edib.

 




Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO