Azərbaycanlı gənc dünyanın bir neçə nifuzlu universitetinə qəbul olundu - FOTO

Azərbaycanlı gənc dünyanın bir neçə nifuzlu universitetinə qəbul olundu - FOTO

Hazırda oxunan: Azərbaycanlı gənc dünyanın bir neçə nifuzlu universitetinə qəbul olundu - FOTO

17196

Dünyanın ən məşhur dərgilərindən olan “Forbes” jurnalının  30 ən istedadlı ixtiraçı və innovatorlar siyahısına daxil edilən azərbaycanlı Reyhan Camalova dünyanın bir neçə nüfuzlu universitetinə qəbul olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə gənc ixtiraçı feysbuk səhifəsində yazıb. 

''Bu gün Amerika universitetlərindən qeydiyyatdan keçdiyim son universitetin - Stanford Universitetinin - nəticəsi açıqlandığı üçün artıq qəbul aldığım universitetlərin siyahısını paylaşaraq sizinlə öz sevincimi bölüşmək istəyirəm''-yazan gənc, universitetlərin adını qeyd edib.

1. Stanford Universiteti

2. Pensilvaniya Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi qəbul alıb.

3. Dyuk Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə) - Martın ortasında erkən qəbul (likely letter) alıb.

4. Braun Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə)

5. Amherst Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə)- Martın 5-də erkən qəbul (early write) alan 200 şagirddən biri olub.

6. Toronto Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences).

7. Toronto Universiteti Scarborough Filialı, Co-op Menecment (Co-op Management BBA).

Qeyd edək ki, Reyhan Camalova 2017-ci ildə, 15 yaşında yağışdan elektrik enerjisi əldə edən “Rainergy” qurğusunu ixtira edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO