“Turan Tovuz”un Antalyadakı rəqibləri məlum oldu

“Turan Tovuz”un Antalyadakı rəqibləri məlum oldu

Hazırda oxunan: “Turan Tovuz”un Antalyadakı rəqibləri məlum oldu

171829

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanacaq “Turan Tovuz”un yoxlama görüşlərindəki rəqibləri müəyyənləşib.  

Bizim Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 17-dək Antalyada hazırlığını davam etdirəcək Tovuz təmsilçisi ilk yoxlama oyununa 9 yanvar tarixində çıxacaq.

Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq. Hazırlıq çərçivəsində növbəti oyunlar isə 15 yanvar tarixində keçiriləcək.

Həmin gün baş məşqçi Ayxan Abbasov 2 oyununda komandanı sınaqdan keçirəcək. Günün ilk oyununda komanda Macarıstan təmsilçisi “Şiofok”la qarşılaşacaq. İkinci oyundakı rəqib isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO