Ulduz futbolçu

Ulduz futbolçu "Qalatasaray"dan ayrılır 

Hazırda oxunan: Ulduz futbolçu "Qalatasaray"dan ayrılır 

171796

"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş komandadan ayrılmağa hazırlaşır. 

Bizim.Media xəbər verir ki, bunu ulduz futbolçunun menceri Cord Qardi Türkiyə mətbuatına açıqlamasında deyib:

"Ziyeşin "Qalatasaray" macərası yaxşı başladı, amma yaxşı davam etmədi. "Qalatasaray" rəhbərliyinə ayrılmaq istədiyimizi bildirmişik. Bizə heç bir maneə yaratmayacaqlar" - deyə o qeyd edib. 
"Qalatasaray" Hakim Ziyeşi ötən ilin avqust ayında "Çelsi"dən icarəyə götürüb. Mərakeş millisinin üzvü İstanbul klubunda 14 rəsmi matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO