Yaponiyaya məxsus yanan təyyarədə 5 ekipaj üzvü həlak olub - VİDEO

Yaponiyaya məxsus yanan təyyarədə 5 ekipaj üzvü həlak olub - VİDEO

Hazırda oxunan: Yaponiyaya məxsus yanan təyyarədə 5 ekipaj üzvü həlak olub - VİDEO

171772

“Yaponiya Hava Yolları”na məxsus sərnişin təyyarənin Tokionun “Haneda” hava limanına enərkən sahil mühafizə bölmələrinə məxsus təyyarə ilə toqquşması nəticəsində 5 ekipaj üzvü həlak olub.

Bizim.Media xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Toqquşmanın səbəbləri barədə hələ ki, məlumat yoxdur.

Qeyd edək ki, Tokionun “Haneda” beynəlxalq hava limanında “Yaponiya Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarə yanıb. Belə ki, ölkənin Hokkaydo adasından Tokioya gələn “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 16:00 radələrində uçuş zolağına endikdən sonra Yaponiyanın sahil mühafizə bölmələrinə məxsus təyyarə ilə toqquşub.

Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Təyyarədə olan 379 sərnişin və heyət üzvləri təxliyə edilib.

Hazırda yağınsöndürənlər alovu nəzarət altına almağa çalışır.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO