Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha əlavə bir reys təyin edilib

Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha əlavə bir reys təyin edilib

Hazırda oxunan: Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha əlavə bir reys təyin edilib

171680

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət Ekspres sürət qatarını əlavə reysə cəlb edib.

Bizim.Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, yanvarın 2, 4 və 5-də qatar saat 16:00-da Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 3, 5 və 6-da isə saat 08:30-da Ağstafadan Bakıya yola düşəcək.
“Bundan başqa, Bakı-Ağstafa-Bakı marşrutunda qatarlarımız tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz”, - deyə məlumatda qeyd edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO