Xorvatiya mətbuatı: “Mahirin “Dinamo”dakı taleyi qeyri-müəyyəndir”

Xorvatiya mətbuatı: “Mahirin “Dinamo”dakı taleyi qeyri-müəyyəndir”

Hazırda oxunan: Xorvatiya mətbuatı: “Mahirin “Dinamo”dakı taleyi qeyri-müəyyəndir”

171649

Xorvatiya mətbuatında Mahir Emrelinin “Dinamo”dakı gələcəyi barədə yazı dərc olunub. 

Bizim.Media xəbər verir ki, yazıda azərbaycanlı futbolçunun komandada qalmasına şübhə ilə yanaşılıb.

Çempionluq mübarizəsində Zaqreb klubunun “Hayduk”dan geri qalmasının əsas səbəbi kimi hücum xəttindəki problemlər göstərilib.

Mahirin komandasının ötən mövsümə nisbətən 16,4 faiz az qol vəziyyətləri yaratdığı və 19,1 faiz az qol vurduğu qeyd olunub: 

“Hücum baxımından “Dinamo”nun çətinliklər yaşadığı aydındır. Komanda ötən mövsümə nisbətən 16,4 faiz az qol şans yaradır və 19,4 faiz az qol vurub. Bruno Petkoviçin zədələnməsindən zaqreblilər ön xətdə ciddi problemlər yaşadılar. Yüksək məvacib alan Yosip Drmiç ümidləri doğrultmayıb. 

Mahir Emreli və Sandro Kuleniç isə bəzi oyunlarda potensiallarını nümayiş etdirsələr, onlar əsas oyuçuya çevrilə bilmədilər. Kulenoviç fiziki göstəricilərinə görə faydalı ola bilər, amma Emrelinin heç bir şansı yoxdur. Onun “Dinamo”dakı gələcəyi sual altındadır”.
Mahir Xorvatiya çempionatının 2023/2024 mövsümündə Zaqreb klunun heyətində 12 oyunda 4 dəfə fərqlənib. O, baş məşqçi dəyişikliyindən sonra əsas heyətdəki yerini tamamilə itirib. İqor Bisçandan fərqli olaraq, Sergey Yakiroviç nadir hallarda azərbaycanlı futbolçuya şans verib.

Təsadüfi deyil ki, Mahir komandanın son 7 oyununda cəmi 12 dəqiqə meydanda olub.

Qeyd edək ki, “Dinamo” 19 turdan sonra 34 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Ehtiyatda iki oyunu olan komandanı lider “Hayduk”dan 7 xal ayırır. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO