Almaniyada terror aktı hazırlayan 3 nəfər saxlanıldı

Almaniyada terror aktı hazırlayan 3 nəfər saxlanıldı

Hazırda oxunan: Almaniyada terror aktı hazırlayan 3 nəfər saxlanıldı

171574

Almaniyada avtomobildən istifadə edərək terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı DPA agentliyi Köln polisinin nümayəndəsinə istinadən yayıb.

Mənbə yazır ki, həmin şəxslər Köln, Vyana və Madriddə terror aktları planlaşdırıblar. Bununla bağlı əvvəllər bir nəfər saxlanılıb. Daha sonra məlum olub ki, o, terror hücumunu planlaşdıran yeganə şəxs deyil.

Potensial hədəflərdən biri kimi şəhərin simvolu və Almaniyanın ən məşhur görməli yerlərindən biri olan Köln Katedralı seçilib. Dünyanın ən hündür üç kilsəsindən biri olan Köln Katedralı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO