“Avropa Şurasında mənəvi terrorla məşğul olurlar”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dekabrın 30-da payız sessiyası üzrə keçirilən son plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, dəfələrlə Azərbaycana qarşı terror aktları törədilib:
“Bunu da həmin hərəkəti edənlər özləri boynuna alıb. Misal olaraq, Xocalı soyqırımı ilə bağlı Zori Balayan uşaqların necə yandırıldığını, vətəndaşlarımızın başına acılan müsibətlərlə bağlı özü kitab yazıb. Həmin kitabı da özü təqdim edib.
Bax, biz də həmin kitabı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və digər məhkəmələrə təqdim etməliyik. Bütün faktları biz yox, məhz özləri etiraf edir ki, türklərə qarşı nifrətimiz var. Onlar etnik və milli təmizləməyə görə dünyada ən böyük cinayəti törədiblər”.
Bizim.Media
- A-
- A
- A+
Region
12:45 / 30.12.2023
Siyavuş Novruzov: “Zori Balayanla bağlı Avropa Məhkəməsinə müraciət etməliyik”
Hazırda oxunan: Siyavuş Novruzov: “Zori Balayanla bağlı Avropa Məhkəməsinə müraciət etməliyik”
Hazırda oxunan: Siyavuş Novruzov: “Zori Balayanla bağlı Avropa Məhkəməsinə müraciət etməliyik”
171395
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.