Sahil Babayev: “Son 5 ildə Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb”

Sahil Babayev: “Son 5 ildə Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb”

Hazırda oxunan: Sahil Babayev: “Son 5 ildə Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb”

171206

“Son 5 il ərzində həyata keçirilən çoxmiqyaslı və çoxşaxəli sosial islahat proqramları çərçivəsində Azərbaycanda minimum əməkhaqqı 2,7 dəfə artıb”.

Bizim.Media xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib.

Nazir bildirib ki, qeyd edilən dövrdə orta əməkhaqqı 80 faizədək, median əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu isə 2,7 dəfə artıb.

"Azərbaycan dövlətinin siyasətində məşğulluq ana xətdir. Məşğulluq təmin edilmədən ölkə iqtisadiyyatı inkişaf edə, əhalinin rifahı təmin oluna bilməz. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən islahatlara, müxtəlif tədbirlərə, qəbul edilən proqramlara nəzər saldıqda bütün tədbirlərin əhalinin rifahına, onun həyat şəraitinin daha da yaxşılaşdırılmasına, o cümlədən məşğulluğun genişləndirilməsinə yönəldiyini görürük", - deyə nazir qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO