FAKTİKİ HAVA: Ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava müşahidə olunur

FAKTİKİ HAVA: Ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava müşahidə olunur

Hazırda oxunan: FAKTİKİ HAVA: Ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava müşahidə olunur

171200

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti müşahidə olunub.

Bu barədə Bizim.Media-ya Xidmətdən bildirilib.

Şimal-qərb küləyinin maksimal sürəti arabir Şəkidə 32 m/s, Mingəçevirdə 27 m/s, Naftalanda 24 m/s, İsmayıllıda 22 m/s, Neftçala, Zaqatala, Qax, Tovuzda 20 m/s, Şirvan, Yevlaxda 19 m/s, Oğuz, Gəncədə 18 m/s, Tərtər, Gədəbəy, Şəmkirdə 16 m/s, Kəlvəzdə 15 m/s-dək güclənib, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək zəifləyib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında, Şabran, Lənkəran, Astarada yağış, Şəki, Qobustan, Altıağac, Şamaxı, Xaltan, Şahdağ, Qrız, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.

Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 14 dərəcəyədək isti, Aran rayonlarında 14-18 dərəcə isti, dağlıq rayonlarda 2-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO