Azərbaycanda 16 yaşlı kollec tələbəsi Lamiyə Əzizova təhsilhaqqını ödəmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı qızın anası Xəzər televiziyasında yayımlanan "Səni axtarıram" verilişinə müraciət edib.
Ana bildirib ki, Lamiyə martın 29-u evdən çıxıb, amma indiyədək ondan heç bir məlumat yoxdur.
"Lamiyə kollecdə oxuyur. Bizə dedi ki, gedirəm nənəmdən 50 manat alıb, təhsilhaqqını ödəyim. Saat 5-ə kimi Qara Qarayev metrostansiyasının yaxınlığındakı ətir mağazasında qızlarla birlikdə olub. Lamiyə o mağazada işləmək istəyirdi. Amma atası ilə biz icazə vermədik.
Sonra Koroğlu metrostansiyasına gəlib, Nadir adlı oğlana zəng edib. Oğlan da onu orada gözləyirmiş. Qızlar dedi ki, 3 aydır ki, Lamiyəni Nadir kollecə aparıb, gətirirdi. Bundan xəbərim olmayıb. Lamiyə üçün çox narahatıq".
Sonra Lamiyə verilişə zəng edərək peşman olduğunu söyləyib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:22 / 07.04.2021
''Təhsil haqqını ödəmək adı ilə evdən çıxdı, sevgilisi ilə qaçdı'' - VİDEO
Hazırda oxunan: ''Təhsil haqqını ödəmək adı ilə evdən çıxdı, sevgilisi ilə qaçdı'' - VİDEO
Hazırda oxunan: ''Təhsil haqqını ödəmək adı ilə evdən çıxdı, sevgilisi ilə qaçdı'' - VİDEO
17119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.