BİZİM TƏQVİM: 29 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 29 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 29 dekabrda baş vermiş tarixi hadisələr

171172

1791-ci il 29 dekabr tarixində Rusiya ilə Osmanlı imperiyaları arasında Yassı Sülh Müqaviləsi bağlandı. Həmin sənədə əsasən, Cənubi Buq çayından Dnestr çayına qədər dəniz sahilləri Rusiyanın tabeliyinə keçdi. Osmanlı dövləti Krımın Rusiyaya verilməsini təsdiq etməli oldu.Beləliklə, Rusiya Qara dənizin şimal sahillərində qəti surətdə möhkəmləndi.

Bəs, dekabrın 29-da dünyada daha nələr olub?

1. İkinci Dünya Müharibəsi zamanı - 1940-cı ilin 29 dekabrında İngiltərənin paytaxtı Almaniya Hava Qüvvələrinin ən böyük hücumlarından biri ilə qarşılaşdı: faşist təyyarələri Londona bir gecədə təxminən 10 minə yanğın bombası atdı.

2. 1967-ci il 29 dekabrda bugünkü Şimali Kipr ərazisində Fazıl Küçüyün başçılığı altında Kipr Müvəqqəti Hökuməti quruldu.

3. 29 dekabr 1972-ci ildə ABŞ-ın Nyu-York şəhərindən Miamiyə uçan sərnişin təyyarəsi pilotun səhvi üzündən şəhər yaxınlığındakı bataqlığa düşdü, 101 nəfər həyatını itirdi.

4. 1995-ci ilin bu günü bioloji müxtəliflik, yəni Yer kürəsinin flora və faunası haqqında beynəlxalq konvensiya qüvvəyə mindi. 1996-cı ildən 29 dekabr Beynəlxalq Biloloji Müxtəliflik Günü olaraq qeyd edilir.

5. “Figen Akat” Türkiyə gəmisinin 1995-ci ilin 29 dekabrında quruya yan alması ilə "Kardak böhranı" başlandı. Rəsmi Ankara Kardak qayalıqlarının Türkiyəyə aid olduğuna dair Yunanıstana nota verdi. Yunanıstan isə 10 yanvar 1996-cı ildə verdiyi qarşı nota ilə qayalıqların ona aid olduğunu iddia etdi, məsələ böhrana səbəb oldu.

6. Mərkəzi Amerika ölkəsi Quatemalada 36 il sürən vətəndaş müharibəsi hökumət və müxalifət arasında 1996-cı ilin 29 dekabrında imzalanan razılaşma ilə sona çatdı.

7. 1999-cu ilin bu günü Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin fərmanı ilə Dövlət Neft Fondu yaradıldı.

8. 29 dekabr 2006-cı ildə Prezident İlham Əliyev Bakı şəhərində Heydər Əliyev Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb. Mərkəz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Heydər Əliyev irsinin tədqiqi və təbliği, elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekologiya və iqtisadiyyatın inkişaf etdirilməsinə xidmət edən layihələrin həyata keçirilməsi, Azərbaycan tarixi və mədəniyyətinin, Azərbaycan dilinin və digər milli-mənəvi sərvətlərinin beynəlxalq aləmdə tanıdılması və təbliği, eləcə də dünya mədəniyyətinin, müxtəlif sivilizasiya nümunələrinin Azərbaycanda tanıdılması, yerli, regional və beynəlxalq konfrans, simpozium və digər tədbirlərin keçirilməsi istiqamətində fəaliyyət göstərir.

9. 2012-ci ilin bu günündə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və 1 nömrəli “ASAN xidmət” mərkəzi istifadəyə verilib.

29 dekabrda həm də bu şəxsiyyətlər xatırlanır:

1. Müasir Azərbaycan tarının yaradıcısı Sadıqcan 1846-cı ilin bu günü anadan olub. Sadıqcan 1897-ci ildə Şuşada Əbdürrəhimbəy Haqverdiyevin rəhbərliyi ilə göstərilən bir pərdəli “Məcnun Leylinin məzarı üstündə” tamaşasının musiqi tərtibatını verib. 1875-1879-cu illərdə xalq musiqisinin xüsusiyyətlərini nəzərə alaraq tarın yeni səs düzümünü yeni qaydada tənzimləyib, bir çox təsnif, rəng və mahnılar yaradıb. (1846-1902)

2. Azərbaycan tarixinin müxtəlif mərhələlərinin bədii mənzərəsini yaradan, eyni zamanda, müasir gəncliyin həyatından bəhs edən, roman, povest və hekayələrilə tanınan yazıçı və ədəbiyyatşünas Əzizə Cəfərzadə 1921-ci ilin 29 dekabrında dünyaya gəlib. Ə.Cəfərzadənin klassik Azərbaycan ədəbiyyatının, xüsusilə şifahi ədəbi irsin öyrənilməsi sahəsində gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri bu gün də öz dəyərini qoruyub-saxlayır. (1921-2003)

3. 29 dekabr 1929-cu ildə tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki Püstəxanım Əzizbəyova (1929 - 8.1.1998) anadan olub. Azərbaycan EA Tarix İnstitutunun direktoru olub.

4. 29 dekabr 1929-cu ildə Xalq rəssamı Kamil Nəcəfzadə (1929 - 29.9.2011) doğulub. “Bizim küçə”, “Ulduz”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Ad günü”, “Qanlı zəmi” və s. filmlərin quruluşçu rəssamı olub. Milli Dram və Rus Dram teatrlarında tamaşaların bədii tərtibatını verib.

5. 29 dekabr 1946-cı ildə tanınmış şair Nüsrət Kəsəmənli (1946 - 17.10.2003) anadan olub. 100-dən çox şeirinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. «Azərbaycanfilm»də baş redaktor işləyib, “Doğma sahillər” (1989) filmində çəkilib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO