Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən 29 ölkənin 4000-dən çox idmançısının çıxış etdiyi “wrpf” üzrə 9-cu Dünya Çempionatı keçirilib.
Bizim.Media xəbər verir ki, mötəbər güc idman növləri üzrə keçirilən yarışda ölkəmizi Strict Curl üzrə Federasiyanın vitse-prezidenti Namiq Cəfərov təmsil edib.
O, güc idman növlərindən olan Strict Curl hərəkətində 40-49 yaş kateqoriyasında 74 kg çəkini qaldıraraq həm qalib olub, həm də dünya rekorduna imza atıb.
Qeyd edək ki, N.Cəfərov idman karyerasında 5-ci dəfə dünya çempionu olub.
![](http://ssl.bizim.media/file/articles/2023/12/27/1703670571_photo_5215249131516318097_y.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/12/27/1703670528_photo_5215192339163762816_w.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/12/27/1703670822_photo_5215249131516318099_y-1.jpg)
![](http://ssl.bizim.media/file/articles/2023/12/27/1703670574_photo_5215249131516318100_y.jpg)
Bizim.Media