Rusiya klubu “Qarabağ”ın legioneri üçün danışıqlar aparacaq

Rusiya klubu “Qarabağ”ın legioneri üçün danışıqlar aparacaq

Hazırda oxunan: Rusiya klubu “Qarabağ”ın legioneri üçün danışıqlar aparacaq

170765

Rusiyanın "Dinamo" klubunun "Qarabağ"ın forvardı Juninyo ilə maraqlanması barədə xəbər vermişdik. 

Bizim.Media xəbər verir ki, Moskva təmsilçisi braziliyalı hücumçunu heyətinə qatmaqda israrlıdır.

Amma "Dinamo" rəhbərliyi onu bu qışda etməyi düşünmür. Belə ki, mövsüm başa çatdıqdan sonra 27 yaşlı forvard üçün "Qarabağ"a rəsmi təklif göndəriləcək.
Azərbaycan çempionunun "Dinamo"ya hansı cavabı verəcəyi isə hələ dəqiq deyil. "Dinamo" hazırda Rusiya çempionatında 32 xalla üçüncü pillədə qərarlaşıb.

Juninyo Olavio "Atletiko Paranaense", "Portimonense", "Fiqeyrense", "Vila Nova", "Eştoril", "Çaveş"də oynadıqdan sonra "Qarabağ"a keçib.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO