Ermənistana yardım adıyla verilən 400 min avro - Avropa Birliyinin ikili oyunu

Ermənistana yardım adıyla verilən 400 min avro - Avropa Birliyinin ikili oyunu

Hazırda oxunan: Ermənistana yardım adıyla verilən 400 min avro - Avropa Birliyinin ikili oyunu

1707

Avropa Birliyi yenə ikili oynayır. Ermənistan mətbuatı Avropa Birliyinin Dağlıq Qarabağ əhalisinə 400 min avro yardım verdiyini yazır.

Ermənilər müharibədə onları dəstəklədikləri və insanı yardımları üçün təşəkkür edirlər. Əslində o qədər də təəccüblü deyil. Çünki beynəlxalq təşkilatlar, elə Avropa Birliyi də illərdir ikili standartları ilə tanınır.

Bu dəfə isə Avropa Birliyi Dağlıq Qarabağ adı altında dolayısı ilə Ermənistan silahlı qüvvələrinə 400 min avro yardım göndərib.

İşğalçı rejim neçe gündür iddia edir ki, Qarabağda mulki əhali qalmayıb. O zaman sual oluna bilər ki, yardım nədən Dağlıq Qarabağın olmayan əhalisinə göndərilib?

Əgər orada mülki əhali yoxdursa, Avropa Birliyi niyə işğalçı rejimə yardım edir, ianəsin birbaşa Ermənistana göndərə bilməzdi?

Bütün bu sualların əlbəttə ki, cavabı bəllidir. Birlik ikili satndartından hər zamankı kimi əl çəkmək istəmir. Ermənistanın Azərbaycanda törətdikləri terror aktlarına göz yumur, ən yaxşı halda isə neytral məzmunlu sözlərlər cavab verir.

Ağanisə Sultan Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO