“İstanbulspor”a ciddi cəza verildi

“İstanbulspor”a ciddi cəza verildi

Hazırda oxunan: “İstanbulspor”a ciddi cəza verildi

170598

Türkiyə Super Liqasının XVII turunda keçirilən “İstanbulspor” – “Trabzonspor” matçında baş verən qalmaqalla bağlı qərar verilib.

Bizim.Media TFF-ə istinadən xəbər verir ki, oyunun 73-cü dəqiqəsində hesab 1:1 olarkən İstanbul klubunun prezidenti Ecmel Faik Sarıalioğlu hakim idarəçiliyinə etiraz edərək komandanı meydandan çıxarıb.

Türkiyə Futbol Federasiyasının çıxardığı qərara əsasən, “İstanbulspor”un üç xalı silinib və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. 

Klub prezidenti Ecmel Faik Sarıalioğlu üç aylıq futboldan uzaqlaşdırırlıb. O, 780 min lirə (45 474 manat) cərimə də edilib.

Həmçinin, azarkeşlərin davranışına görə "İstanbulspor" növbəti ev oyununu boş tribunalar qarşısında keçirməli olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO