Şamil Ayrımdan İlham Əliyevə: “Azərbaycan xalqının arzularını gerçəkləşdirdiniz”

Şamil Ayrımdan İlham Əliyevə: “Azərbaycan xalqının arzularını gerçəkləşdirdiniz”

Hazırda oxunan: Şamil Ayrımdan İlham Əliyevə: “Azərbaycan xalqının arzularını gerçəkləşdirdiniz”

170557

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Prezident İlham Əliyevi təbrik edib.

Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident. Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə möhkəm cansağlığı, ömür boyu xoşbəxtlik arzulayıram.

Zati-alinizin Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror tədbirləri nəticəsində Can Azərbaycanın ərazi bütövlüyünü tam bərpa edərək həm Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz, həm də Azərbaycan xalqının arzularını gerçəkləşdirdiniz. Sizin humanist, müdrik siyasətiniz sayəsində Azərbaycan Respublikası dünyada gündən-günə etibarını möhkəmləndirir.

Möhtərəm Prezident, hər iki ölkənin xalqları cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Türkiyə və Azərbaycan arasında böyük layihələrin reallaşmasından qürur duyur".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO