Meksikada mikroavtobus qəzası nəticəsində 13 nəfər öldü

Meksikada mikroavtobus qəzası nəticəsində 13 nəfər öldü

Hazırda oxunan: Meksikada mikroavtobus qəzası nəticəsində 13 nəfər öldü

170532
Meksikanın Halisko ştatında sərnişinləri daşıyan mikroavtobus şossedə aşıb, nəticədə 13 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Sfera.az  xəbər verir ki, bu barədə ştatın mülki müdafiə xidməti tviterdə bildirib.

"Leon-Aquaskalyentes magistralında baş vermiş qəzada xilasetmə işləri və həlak olanların təxliyyəsi başa çatıb. 8 kişi və 4 qadın, o cümlədən 2 azyaşlı hadisə yerində ölüb, daha 1 nəfər xəstəxanada vəfat edib, 10 nəfər yaralanıb", - xilasdicilərin bloqundakı yazıda bildirilir.

Qəzaya Mexiko ştatının Toluka şəhərindən Xalisko ştatının San-Xuan-de-los-Laqos şəhərinə gedən furqonun sürücüsünün idarəetməni itirməsi səbəb olub, nəticədə avtomobil sürüşərək aşıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO