Bu ölkədə ən qədim vurma cədvəli TAPILDI 

Bu ölkədə ən qədim vurma cədvəli TAPILDI 

Hazırda oxunan: Bu ölkədə ən qədim vurma cədvəli TAPILDI 

170403

Çinin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin ərazisində aparılan qazıntılar zamanı məzarların birində bambuk lövhə üzərinə həkk olunmuş ən qədim vurma cədvəli tapılıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, eramızdan əvvəl IV əsrə aid vurma cədvəli Hunan əyalətində (Mərkəzi Çin) aşkar edilən digər oxşar fraqmentdən təxminən bir əsr qədimdir.

Qəbirdə, həmçinin 30 mindən çox heroqlifdən ibarət və riyaziyyat, ədəbiyyat, heyvandarlıq, tibb və əczaçılıq da daxil olmaqla müxtəlif sahələri əhatə edən mətnlərin həkk olunduğu minlərlə bambuk lövhə də aşkarlanıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO