Səhiyyə Nazirliyinin rəsmisi: “Qızılcaya yoluxmada artımın səbəbi peyvənddən yayınmadır”

Səhiyyə Nazirliyinin rəsmisi: “Qızılcaya yoluxmada artımın səbəbi peyvənddən yayınmadır”

Hazırda oxunan: Səhiyyə Nazirliyinin rəsmisi: “Qızılcaya yoluxmada artımın səbəbi peyvənddən yayınmadır”

170255

Son vaxtlarda qızılcaya yoluxma hallarının sayında artım var. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib. 

O xatırladıb ki, Azərbaycan 2015-ci ildə qızılcanın endemik region olmadığı haqqında Ümumdünya Səhiyyə Təşkilatının verdiyi sənədə malikdir:

“Yəni, Azərbaycanda qızılcaya yoluxma halı başqa ölkədən gətirilmə ilə mümkündür. 2023-cü ilin aprel ayında Azərbaycanda yoluxma halları müşahidə olunmağa başladı. Lakin əhalinin ya xəstəliyi keçirmə, ya da peyvənd olunmaqla qazanılmış immuniteti varsa, bu zaman infeksiya başqa ölkədən gətirilsə belə, yoluxma olmamalıdır. Hazırkı yoluxma hallarının sayının artması isə onu göstərir ki, pandemiya dövründə və öndən əvvəlki dönəmdə peyvənddən əsassız yayınma halları olub”. 

Təyyar Eyvazov bildirib ki, peyvənd təqviminə uyğun olaraq, uşaqlar peyvənd olunarlarsa, yoluxma halları baş vermir:

“Bu gün baş verən hallar müşahidə edilərkən görürük ki, onların böyük əksəriyyəti ya peyvənd almayanlardır, ya da bir dəfə peyvənd olunan şəxslərdirlər”. 

Təyyar Eyvazov qeyd edib ki, qızılcaya qarşı həssaslığı aradan qaldırmağın əsas yolu peyvənddir:

“Əhaliyə çağırış edərək demək istəyirəm ki, uşaqların sağlamlığını istəyirlərsə, onlar qızılcaya qarşı vaksin almayıblarsa, peyvənd etdirsinlər. Bununla bağlı Səhiyyə Nazirliyi xüsusi təlimat buraxıb. Peyvənd işini aparan mütəxəssislərimiz də kifayət qədər məlumatlıdırlar. Hesab edirəm ki, bu istiqamətdə iş normal təşkil olunsa, düzgün aparılsa və həssas insanları əhatə etsə, biz yoluxma hallarının kəskin azaldığını müşahidə edəcəyik”. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO