“Bank əmanətlərinin əksəriyyəti vergidən AZAD OLUNACAQ” – DETALLAR 

“Bank əmanətlərinin əksəriyyəti vergidən AZAD OLUNACAQ” – DETALLAR 

Hazırda oxunan: “Bank əmanətlərinin əksəriyyəti vergidən AZAD OLUNACAQ” – DETALLAR 

170252

Vergi Məcəlləsinə edilən və 2024-cü ildə qüvvəyə minəcək dəyişikliyə görə, Azərbaycanda vətəndaşların banka qoyduğu əmanətlərdən gələn aylıq faiz gəlirlərinin vergidən azad olunması prosesi həyata keçiriləcək.

Belə ki, aylıq 200 manata, illik 2400 manata qədər olan faiz gəlirləri vergidən azad ediləcək. 

Məsələn, əgər vətəndaşın bankda 30 min manatlıq əmanəti varsa, həmin əmanətə görə səkkiz faiz gəlir hesablanırsa, bu o deməkdir ki, vətəndaşın illik əldə etdiyi gəlir 2400 manatdır. 

Deməli, orta hesabla 30 min manata qədər olan əmanətlərdən gələn gəlir vergidən azad olunacaq.

Mövzunu Bizim.Media-ya şərh edən iqtisadçı-ekspert Xalid Kərimlinin fikrincə, əgər hansısa bir vətəndaş 50 min manata qədər vəsaiti banklardan birinə əmanət kimi yatırırsa, bunun illik gəliri 10 faiz və ya 5 min manat olacaq:

“Aylıq isə 400 manatdan bir qədər çox olacaq. Bunun 200 manatı kənara ayrılacaq, amma vergi tutulmayacaq, yerdə qalan 200 manatdan isə cəmi 10 faizlik, yəni 20 manatlıq vergi tutulacaq. Cari ilin fevral ayından etibarən 400 manatlıq gəlirin hamısından 10 faizlik, yəni 40 manatlıq vergi tutulurdu, qalan 360 manat müştəriyə verilirdi. Əgər aylıq faiz gəliri 200 manatdırsa, hər hansı bir vergi nəzərdə tutulmayıb. 

Digər bir güzəşt isə ondan ibarətdir ki, gələn ilin yanvarın 1-dən vətəndaş 18 aylıq və daha çox müddətə depozit qoyursa, məbləğindən asılı olmayaraq, 3 il müddətinə vergidən azad olunacaq”. 

“Əmanətlərin çoxu vergidən azad olunacaq”

Digər iqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, banklara yatırılan əmanətlərin əksəriyyəti kiçik həcmlidir:

“Ona görə ki, bu, yalnız həm banklara olan inama, həm də kiçik həcmli depozitlərə mənfi təsir edəcək. Yəni, ölkə büdcəsində çox kiçik həcmdə vergilər toplanılacaq. Bu da baş verdi. Görünən isə odur ki, bank sektorun həmin kiçik həcmli depozitlərin sayının azalmasını görən Mərkəzi Bank və hökumət belə bir təklifi irəli sürdü və artıq ləğv olunur. 

Əgər burada söhbət aylıq 200 manatlıq gəlirdən söhbət gedirsə, bu da ilə 2400 manat edir. Bu gün banklara yatırılan depozitlərin böyük əksəriyyətinin kiçik həcmli olduğunu nəzərə alsaq, hamısının vergidən azad olunacağını söyləmək olar. 18 aylıq vergilər isə tamamilə vergidən azad olunur. Bu qaydalar da onu deməyə əsas verir ki, ötən il qəbul olunmuş qərar doğru deyildi. İndi isə onun yenidən dəyişdirilməsi ehtiyacı yaranıb”. 

Müsahibimiz düşünür ki, bu qərarın yenidən dəyidirilməsinə bank sektorundakı mənfi proseslər səbəbindən ehtiyac yaranıb:

“Artıq kiçik həcmli depozitlərin həcmi azaldığı üçün belə bir qərar verilir. Yəqin ki, bundan sonra əhalidə kiçik həcmli depozitlərə maraq yenidən artacaq və daha çox vəsaitlərin banklara yatırılmasına başlanacaq. Bu baxımda da Vergi Məcəlləsinə edilən dəyişiklər doğru addımdır. Ona görə ki banklar üçün kiçik həcmli depozitlər çox vacibdir”. 

Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO