Keçmiş qadın köməkçisi Vin Dizeli təcavüzdə İTTİHAM EDİR

Keçmiş qadın köməkçisi Vin Dizeli təcavüzdə İTTİHAM EDİR

Hazırda oxunan: Keçmiş qadın köməkçisi Vin Dizeli təcavüzdə İTTİHAM EDİR

170249

“Forsaj” filminin ulduzu Vin Dizel keçmiş köməkçisi Asta Yonasson tərəfindən cinsi təcavüzdə günahlandırılıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, köməkçi qadın bildirib ki, hadisə 2010-cu ildə “Forsaj” filminin beşinci hissəsinin çəkilişləri zamanı baş verib. 

Astanın sözlərinə görə, hadisə Atlantada yerləşən “Sent Hotel” mehmanxanasında baş verib:

“Vin Dizel bədənimə toxunub, qarşımda diz çökərək paltarımı yuxarı qaldırıb, ayaqlarıma toxunub və alt paltarımı aşağı çəkməyə çalışıb. Mən vanna otağında gizlənməyə çalışdım, amma bu mümkün olmadı. Vin məni divara sıxdı və müqavimətə baxmayaraq önümdə cinsi orqanına toxunmağa başladı. Bu hadisənin ertəsi günü mənə zəng edib dedilər ki, işdən çıxarılırsan” 

Yonassonun vəkillərinin dediyinə görə, bu hadisədən sonra o, çaşqınlıq hiss edib və sarsılıb. 

Asta Dizeldən “gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün kifayət edəcək” qədər təzminat tələb edib.  

Aktyorun özü isə ittihamları qəti şəkildə rədd edib. Onun nümayəndəsi jurnalistlərə bildirib ki, aktyor ilk dəfədir ki, 13 ildən çox əvvələ aid olan bu hadisəni eşidir. Dizelin vəkili əlavə edib ki, aktyorun günahını təkzib edən aydın sübutlar var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO