Avropa Superliqasının başlama tarixi açıqlandı

Avropa Superliqasının başlama tarixi açıqlandı

Hazırda oxunan: Avropa Superliqasının başlama tarixi açıqlandı

170172

Avropa Superliqası 18 aydan sonra başlayacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə ispaniyalı insayder Joaquin Maroto məlumat verib. 

Qeyd edək ki, bu gün, dekabrın 21-də Avropa Məhkəməsi FİFA və UEFA-nın 2021-ci ildə Super Liqanın yaradılmasını qadağan edən hərəkətlərini qanunsuz elan edib. Təşkilatların Avropada klub yarışlarında monopoliyası yoxdur. Superliqa indi Avropa qanunlarına uyğun olaraq rəsmi olaraq yaradıla bilər.
Xatırladaq ki, 2021-ci ilin mayında Superliqa UEFA və FİFA-nı rəqabət qanunlarını pozmaqda ittiham etmişdi. Həmin ilin aprelində Avropanın 12 klubu Superliqanın yaradıldığını elan etmişdi. Buray İngiltərənin “Arsenal”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Çelsi”, İspaniyanın “Atletiko ”, “Barselona”, “Real", həmçinin İtaliyanın “İnter”, “Milan” və “Yuventus” klubları daxil idi.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO