AQTA tərəfindən təsdiq edilən xarici qida obyektlərinin sayı 242-yə çatıb

AQTA tərəfindən təsdiq edilən xarici qida obyektlərinin sayı 242-yə çatıb

Hazırda oxunan: AQTA tərəfindən təsdiq edilən xarici qida obyektlərinin sayı 242-yə çatıb

169830

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin təsdiqi prosesi davam etdirir. Müəssisələrin qiymətləndirilməsi yerində və ya videoinspeksiya formatında həyata keçirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, bu ilin dekabr ayı ərzində ölkəyə yüksək risk qrupuna aid qida məhsullarının ixracını həyata keçirən Rusiya Federasiyası, Çin Xalq Respublikası, İran İslam Respublikası, həmçinin Belarus, Gürcüstan, Ukrayna, Hindistan və Litvaya məxsus 17 obyekt təsdiq edilib, 2 müəssisə isə aşkarlanmış uyğunsuzluqların aradan qaldırılması şərtilə təsdiq edilib.

Eyni zamanda agentlik tərəfindən şərti olaraq təsdiq edilmiş İran İslam Respublikasına, eləcə də Gürcüstan və Belarusa məxsus ümumilikdə 5 xarici qida obyektində yenidən qiymətləndirmə aparılıb və nəticədə həmin müəssisələrin təsdiq edilməsi barədə qərar qəbul olunub.

Ümumilikdə isə 2023-cü ilin ötən dövrü ərzində 95-i yerində, 194-ü onlayn formatda olmaqla, 289 xarici müəssisədə qiymətləndirmə aparılıb.

Nəticədə 242 müəssisə təsdiq edilib, uyğunsuzluqlar aşkarlandığı üçün 16 müəssisənin şərti təsdiq edilməsi barədə qərar qəbul olunub. Qiymətləndirmə aparılmış 31 obyektlə bağlı hesabatlara baxılması isə yekunlaşmaq üzrədir.
Qeyd edək ki, xarici ölkələrdən respublikamıza ixrac həyata keçirən qida obyektlərinin təsdiqi ilə bağlı Reyestrlə agentliyin rəsmi internet səhifəsindən (www.afsa.gov.az) tanış olmaq mümkündür.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO