Müller “Bavariya” ilə müqaviləsini artırdı

Müller “Bavariya” ilə müqaviləsini artırdı

Hazırda oxunan: Müller “Bavariya” ilə müqaviləsini artırdı

169828

“Bavariya” Tomas Müllerlə müqavilə müddətini artırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Münhen klubundan açıqlama verilib. 

Müllerin yeni razılaşması 2025-ci ilin yayınadək nəzərdə tutulub. Komanda ilə müqaviləsi mövsümün sonunda bitəcək forvard daha bir il “Bavariya”da çıxış etmək imkanı qazanıb.
Klubun yetirməsi olan Tomas 12 dəfə Bundesliqa çempionu olub, iki dəfə Almaniya kubokunu baş üzərinə qaldırıb. O, Çempionlar Liqasının ikiqat qalibidir. 

Qeyd edək ki, hazırki mövsümdə Müller 18 oyunda 2 qol və 5 ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO