"Sumqayıt" Türkiyəyə yollanacaq

Hazırda oxunan: "Sumqayıt" Türkiyəyə yollanacaq

169795

“Sumqayıt”ın Misli Premyer Liqasının üçüncü dövrəsi üçün hazırlıq planları bəlli olub. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda dekabrın 23-də keçiriləcək “Səbail”lə oyundan sonra istirahətə buraxılacaq. 

Yeni ilin yanvar ayının 3-də Sumqayıtda toplaşacaq futbolçular hazırlıqlara doğma şəhərdə start verəcəklər. Üç gün davam edəcək məşqlərin ardınca komanda Türkiyənin Antalya şəhərinə yollanacaq. 
Yanvarın 6-dan 17-dək Lara bölgəsində yerləşən oteldə məskunlaşacaq “Sumqayıt” FK bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınayacaq. 

8, 12 və 16 yanvar tarixlərində keçiriləcək qarşılaşmalarda rəqiblərin kimliyi barədə klubun rəsmi media hesablarında məlumat veriləcək.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO