Müğənni Səidə Sultan yeni paylaşımı ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, instaqram hesabında onun haqqında danışanlara söz atıb.
"Eşitdim kimsə mənim əlimnən tutub səhnəyə gətirib? Amma hələ də aranızda qərara gələ bilməmisiniz hansınız məni səhnəyə gətirmisiz. Bir bayram məndən böyüksən də nə vaxt çatdırdın əlimdən də tutub səhnəyə gətirəsən? Ət tökən danışma, ay xala qızı.
İndi neyləyək ki, sən bacarıqlı oldun, biz isə öz “xodumuza” yavaş-yavaş getdik. Çox şükür bu günümüzə. Hər aşiqin bir dövranı var. İndi otur sən bizi izlə”.
Müğənni ad çəkməsə də izləyicilər onun Xalq artisti Röya və ya Natavan Həbibinin bostanına daş atdığını iddia ediblər.
Bizim.Media