Xəbər verdiyimiz kimi, dekabrın 16-da Ələt-Astara magistralında iki TIR-ın toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qəzaya düşən ağırtonnajlı yük avtomobillərindən birinin “Səba” şirkətinə məxsus olması məlum olub. Hadisə zamanı şirkətin 28 yaşlı əməkdaşı Vüqar Əsgərli aldığı xəsarətlərdən dünyasını dəyişib.
MÖVZU İLƏ BAĞLI:
Bakı-Salyan şosesində iki TIR TOQQUŞDU – VİDEO
Qeyd edək ki, qəza zamanı TIR-da olan toyuq məhsulları ətrafa dağılıb və magistral yolda hərəkət bir müddət dayanıb.
Vəfat edən şirkət əməkdaşının fotosunu təqdim edirik:
Bizim.Media