Britaniyada məhdudiyyətlərin aradan götürüləcəyi tarix açıqlandı

Britaniyada məhdudiyyətlərin aradan götürüləcəyi tarix açıqlandı

Hazırda oxunan: Britaniyada məhdudiyyətlərin aradan götürüləcəyi tarix açıqlandı

16939

Koronavirus pandemiyasına görə Böyük Britaniyada tətbiq olunan məhdudiyyətlərin bəziləri aprel ayının 12-dən etibarən qaldırılacaq.

Bizim.Media xəbər verir ki, bu mərhələ, Krallıqda normallaşma yolundakı ikinci addımdır.

Baş nazir Boris Conson brifinqdə çıxışı zamanı aprelin 12-dən etibarən ölkədə mağazaların, bərbərlərın, idman zallarının və kitabxanaların yenidən açılacağını söyləyib. Restoranlar isə açıq hava şəraitində xidmət edəcəklər.

Buna baxmayaraq ölkədə beynəlxalq səyahət qadağası davam edir.

Mayın 17-dən etibarən beynəlxalq səyahətlərin başlayacağına ümid etdiyini deyən Baş nazir, ancaq bunu qəti şəkildə söyləməyin hələ tez olduğunu bildirib.

B.Conson simptomları olmayan insanları mütəmadi olaraq testdən keçməyə çağırıb.

Həmçinin o, insanların xəstəliyi keçirdiklərini və ya peyvənd olunduqlarını göstərən koronavirus sertifikatı adlanan sənəd üzərində iş aparıldığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO