Rusiya klubu “Qarabağ”ın legionerini transfer etmək istəyir

Rusiya klubu “Qarabağ”ın legionerini transfer etmək istəyir

Hazırda oxunan: Rusiya klubu “Qarabağ”ın legionerini transfer etmək istəyir

169239

"Qarabağ"ın forvardı Juninyo Olavio Avropa klublarının maraq dairəsindədir. 

Bizim.Media məlumata görə, braziliyalı nümayiş etdirdiyi performans sayəsində Rusiyanın "Dinamo" klubunun da transfer siyahısına düşüb. 

Moskva təmsilçisi Juninyonu "Qarabağ"a keçdikdən sonra izləməyə başlayıb. Xüsusən də, onun avrokuboklardakı oyunu "Dinamo"nun skautlarının diqqətini cəlb edib.  
Juninyonun Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 

Qeyd edək ki, “Dinamo” 32 xalla turnir cədvəlində üçüncü pillədədir.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO