Məleykə Abbaszadə:

Məleykə Abbaszadə: "Müəllim peşəsi qadın işi kimi qəbul edilir"

Hazırda oxunan: Məleykə Abbaszadə: "Müəllim peşəsi qadın işi kimi qəbul edilir"

169154

“Təxminən 5-10 ildən sonra məktəblərdə tədris etdiyi fənni güclü bilən müəllimlər işləyəcək”. 

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib. 

DİM sədri bildirib ki, pedaqoji ixtisaslara qəbulla bağlı araşdırmalar aparılıb: 

"Nəticəyə əsasən 2009-cu ildən bu ixtisas üzrə qəbul planı artıb. Bu ilki qəbulun 20 %-ni məhz pedaqoji ixtisas təşkil edib. Hələ də müəllim peşəsi qadın işi kimi qəbul edilir. Oğlanlar əsasən texnologiya sahəsi üzrə görülür. Bu il pedaqoji ixtisaslar üzrə abituriyentlərin orta bal göstəricisi 343 olub və bu riyazi üsullarla hesablanıb". 
Onun sözlərinə görə, müəllimlik ixtisasını seçən abituriyentlər daha çox bölgələri təmsil edirlər, lakin bu il şəhər abituriyentlərinin sayı artıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO