“Naxçıvan Dəmir Yolları” 1 yanvar 2024-cü il tarixdən etibarən sərnişin daşımaları sahəsinin fəaliyyətini müvəqqəti dayandıracaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Naxçıvan Dəmir Yolları” MMC məlumat yayıb
Məlumatda deyilir:
"Son dövrlərdə “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən ölkəmizdə dəmir yolları sahəsində aparılan əsaslı yenidənqurma, güclü maddi-texniki bazanın yaradılması və müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi işləri davam etdirilir.
Dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və müasirləşdirilməsi istiqamətində bir neçə mühüm layihələr həyata keçirilir.
Görülən tədbirlərin davamı kimi, yüklərin zamanında və tam təhlükəsiz mənzil başına çatdırılması, eləcə də sərnişinlərin rahat hərəkətinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında da dəmir yolu infrastrukturunun möhkəmləndirilməsi və müasir standartlara cavab verəcək şəkildə yenidən qurulması ilə əlaqədar “Naxçıvan Dəmir Yolları” MMC olaraq nəzərinizə çatdırırıq ki, 01 yanvar 2024-cü il tarixdən etibarən sərnişin daşımaları sahəsinin fəaliyyəti müvəqqəti dayandırılacaqdır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:04 / 15.12.2023
Naxçıvanda dəmir yolu ilə sərnişin daşımaları DAYANDIRILIR
Hazırda oxunan: Naxçıvanda dəmir yolu ilə sərnişin daşımaları DAYANDIRILIR
Hazırda oxunan: Naxçıvanda dəmir yolu ilə sərnişin daşımaları DAYANDIRILIR
169119
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.