Ukraynalı deputat İlya Kiva yaxın zamnanlarda Donbasda irimiqyaslı savaşın başlayacağını açıqlayıb.
Bizim.Media “REN TV”yə istinadən xəbər verir ki, bu sözləri deyən deputat əlavə edib ki, ölkəni od tutacaq:
“Biz bütün ölkəni bürüyəcək Donbass müharibəsinə çox yaxınıq. Minlərlə yeni ölümlər qeydə alınacaq.
Ölənlər çox olsa, Ukraynada yenidən hərbi vəziyyət elan olunmasına fürsət yaranacaq və əhalinin narazılığı qorxu ilə əvəzlənəcək”.
Bu arada tanınmayan Donetsk Xalq Respublikasının qondarma lideri Denis Puşilin də bildirib ki, Ukrayna tam həcmli hücuma hazırlaşır.
Bizim.Media