"Dekabrın sonuna qədər sülh sazişi imzalamağa hazırıq" - Armen Qriqoryan 

Hazırda oxunan: "Dekabrın sonuna qədər sülh sazişi imzalamağa hazırıq" - Armen Qriqoryan 

168429

"Ermənistan və Azərbaycan rəhbərlərinin qərargahları arasında əldə olunmuş razılaşma sülh müqaviləsinin imzalanması istiqamətində çox mühüm müsbət addımdır. Bu bəyanat ikitərəfli danışıqların nəticəsidir və heç bir vasitəçi iştirak etməyib". 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın “Petros Qazaryanla müsahibə” proqramının stendində bildirib. 

“Bu, problemlərin həllində irəliləmək istəyinin olduğunu göstərən addım idi. Problemləri həll etmək üçün ən böyük şans sülh müqaviləsidir. Təbii ki, bu, bir qədər çətin görünür, lakin biz hətta dekabrın sonuna qədər saziş imzalamağa hazırıq”, - deyə Qriqoryan bildirib. 
O, Ermənistanın sülh sazişinin yekunlaşdırılması və imzalanması üçün bütün formatlardan istifadə etməyə hazır olduğunu vurğulayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO