Nigar:

Nigar: "İkinci dəfə ailə qurmağım həyatımın ən böyük səhvi idi, zülm çəkdim" - VİDEO

Hazırda oxunan: Nigar: "İkinci dəfə ailə qurmağım həyatımın ən böyük səhvi idi, zülm çəkdim" - VİDEO

168395

"Həyatımın ən böyük səhvi ailə qurmağım oldu. Bu səhv özümü bağışlamayacaq bir səhvimdir. Çünki həyat təcrübəsi ola-ola mənim o yaşda səhv eləyib, imansıza iman gətirməyə çalışıb, inanmağımı özümü bağışlamayacağam. Bunu bir ömür boyu bağışlamayacağam".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər verilişində deyib.

İkinci dəfə ailə qurub və daha sonra qalmaqallı şəkildə hərbçi həyat yoldaşı Xəyyam bəydən boşanan sənətçi bir il ərzində zülm çəkdiyini bildirib:

"Bu gün xoşbəxtəm, amma nə qədər xoşbəxt olsam belə, ikinci dəfə ki, o ad var, o damğa ki var, o adı özümə bağışlmayacağam, heç kimə deyil. İnsanlar sosial şəbəkədə haqqımda xoşaqəlməz fikirlər yazırlar ki, nə oldu ikinci dəfə də evliliyi alınmadı və sayra... Mən ümumiyyətlə həyatımda baş verən o hadisələrlə bağlı heç bir şey danışmaq istəmirəm. Sadəcə bir kəlmə deyəcəyəm ki, həyatımda elə şeylər yaşadım ki, özümdən utanıram dilə gətirib nələrsə danışmağa. İkinci dəfə həyatımın dağılmağının günahkarı mən deyiləm.

Çünki bir il mən zülmə dözmüşəm. Hər şeydə də qadını günahlandırmaq olmaz. Əgər qarşı tərəf o peşənin (həyat yoldaşı Xəyyam bəy hərbçi idi - red.) sahibidirsə demək ki, o ideal insandır. O yalnız peşəsinin idealı ola bilər".
Proqramın gedişatında verilişin aparıcısı Xoşqədəm Hidayətqızının "Belə görürəm ki, üçüncü dəfə ailə qurmaq istəməz..." sözlərinə Nigar qısa olaraq "Xeyr" cavabını verib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO