Azərbaycanda fərqli dəfn İSTƏYİ – Öləndən sonra nəşin yandırılması qanunvericilikdə necə TƏNZİMLƏNİR? 

Azərbaycanda fərqli dəfn İSTƏYİ – Öləndən sonra nəşin yandırılması qanunvericilikdə necə TƏNZİMLƏNİR? 

Hazırda oxunan: Azərbaycanda fərqli dəfn İSTƏYİ – Öləndən sonra nəşin yandırılması qanunvericilikdə necə TƏNZİMLƏNİR? 

168220

Dinlərin əksəriyyətində vəfat edən insanın dəfn qaydası belədir ki, insan öldükdən sonra bədəni torpağa qovuşmalıdır. Dünyanın bir çox xalqlarında vəfat etmiş şəxsin yandırılaraq son mənzilə yola salınması ilə bağlı da adətlər var. Bu proses kremasiya adlanır. 

Azərbaycanda dəfn zamanı insanlar torpağa tapşırılır, onun cənazə namazı qılınır. Çünki xalqın böyük əksəriyyəti İslam dininə sitayiş edir. Lakin Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə hər millətdən, irqdən, müxtəlif dinlərə sitayiş edən insanlar var. Yəni ölümündən öncə kiminsə öz cəsədinin yandırılmasını vəsiyyət etməsi halları mümkündür. 

Xatırladaq ki, bu günlərdə tanınmış jurnalist Vüsal Məmmədov öləndən sonra nəşinin yandırılmasını istəmişdi:

“Böyük məmnuniyyətlə istəyərəm ki, öldükdən sonra nəşimi yandırsınlar, külümü də Xəzər dənizinə töksünlər. Övladım da dünyasını dəyişəndən sonra yəqin ki, məni yad edən olmayacaq. Onda nə mənası var ki, öləndən sonra üç kvadratmetr torpağı tutum. Bir milyon insanın dəfni üç milyon kvadratmetr torpağı zəbt etmək deməkdir” - deyə o bildirib.

Ümumiyyətlə, Azərbaycan qanunvericiliyində şəxsin vəsiyyətinə uyğun olaraq cəsədinin yandırılması necə tənzimlənir?

Hüquqşünas Pərviz Hacıyev Bizim.Media-ya bildirib ki, dəfn prosesləri qanunvericiliklə tənzimlənmir:

“Azərbaycan dünyəvi dövlətdir. Bizdə din dövlətdən ayrıdır. Təbii ki, buranın böyük əksəriyyəti müsəlmanlardır, lakin ölkəmizdə müxtəlif dindən olan millətlər yaşayır. Şəxsin ölümünün qeydə alınmasından sonra, onun öz vəsiyyəti əsasında cənazəsinin dəfn olunub-olunmaması qanunvericiliklə müəyyən olunmur.

Məsələnin dini tərəfindən baxdıqda, bizdə ölən şəxs üçün cənazə namazı qılınır. Yəni bu, həm də adət halını alıb. Lakin hüquqi müstəvidə ölənin cənazəsinin dəfni ilə bağlı qanun yoxdur. Məsələn, Azərbaycan qanunvericiliyində Eftanaziya (red. Şəxsin xəstəliyinə görə, özünün istəyi ilə tibbi müəssisələrin onun həyatına son qoyması) qadağandır. Amma dəfn məsələsini qanunvericilik tənzimləmir”.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO