Neft Fonduna indiyədək 193 milyard dollar vəsait daxil olub

Neft Fonduna indiyədək 193 milyard dollar vəsait daxil olub

Hazırda oxunan: Neft Fonduna indiyədək 193 milyard dollar vəsait daxil olub

168112

Azərbaycan Respublikası Dövlət Neft Fondunun fəaliyyəti müddətində gəlirlərinin həcmi 192,7 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Bizim.Media Hesablama Palatasının Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü ilin büdcəsinə verdiyi rəyə istinadən xəbər verir.

Sənədə əsasən, hesabat dövrü Fondun xərcləri 137,2 milyard ABŞ dolları səviyyəsində olub.

Rəydə qeyd olunur ki, Fondun dövlət büdcəsinə transfertin həcmi isə 120,3 milyard ABŞ dolları və ya ümumi xərclərin 87,7%-ni təşkil edib.
Xatırladaq ki, ARDNF 29 dekabr 1999-cu il tarixində tarixli təsis edilib. Fond neft və qazdan əldə edilən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin edən xüsusi qurumdur. ARDNF büdcədənkənar, ayrıca dövlət təsisatıdır. Şəffaflıq ARDNF-nin fəaliyyətinin əsas prinsiplərindən biridir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO