Dələduzluqla üzləşən Səbinə Babayeva polisə şikayət etdi – FOTO 

Dələduzluqla üzləşən Səbinə Babayeva polisə şikayət etdi – FOTO 

Hazırda oxunan: Dələduzluqla üzləşən Səbinə Babayeva polisə şikayət etdi – FOTO 

168087

Əməkdar artist Səbinə Babayeva dələduzların qurbanı olub.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat yayıb.  

Avqust ayında özünə avtomobil aldığını söyləyən Səbinə növbəti günlərdə nəqliyyat vasitəsində nasazlıq yarandığını bildirib.

Problemlə bağlı Babayeva ona avtomobili satan şəxsə iradını bildirsə də, hədə-qorxu ilə üzləşdiyini və bu səbəbdən hüquq mühafizə orqanlarına müraciət etdiyini qeyd edib:

“Problemim 4 aydır həll olunmur. Dələduzların qurbanı olmuşam. Qanun yaranmış problemin həllinə yalnız 6 ay göstərir. Bu il avqustun ortalarında Gəncə şəhərində avtomaşınlar satılan salondan nəğd pulla maşın almışam. Gəncədən qayıdandan sonrakı gün müəyyən olundu ki, maşında naməlum nasazlıq var.

Axırıncı 4 ay müddətində şəhərimizin ən yaxşı ustaları bu nasazlığı tapa bilmədilər. Maşını mənə satan şəxsə irad bildirərkən, pulumun qeri qaytarılmasını tələb etdikdə maşının nasaz olduğunu boynuna aldı. Kobudluq və hədə-qorxu gəldi ki, mənə verdiyi etibarnaməni ləğv edəcək. 
Sizdən xahiş edirəm, bu çıxılmaz vəziyyətdə mənə kömək edəsiniz. Haqq-ədalətin bərqərar olmasında, nasaz avtomobil satan və mənə hədə-qorxu gələn insanların Azərbaycan qanunlarının nəzərdə tutduğu cəzaya cəlb olunmasında, pulumun geri qaytarılmasında mənə dəstək olmağınızı xahiş edirəm”.


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO