Türkiyənin Dənizli şəhərində polislər tərəfindən təqib edilən gənc qaçmağa yer tapmadığını görəndə silahı özünə tuşlayıb.
Bizim.Media xəbər verir ki, "Haber Global" bununla bağlı kadrları paylaşıb.
MÖVZU İLƏ BAĞLI:
Ağstafada qanunsuz saxlanılan silahlar aşkarlanıb - FOTO
Məlumata görə, sakinlər bir kişinin əlində tüfənglə küçədə getdiyini görəndən sonra bu barədə polisə xəbər veriblər. Hüquq -mühafizə orqanlarının nümayəndələrini görən 20 yaşlı Muhammed E. əlindəki silahı əvvəlcə polislərə tərəf çevirib.
Ancaq mühasirəyə alındığını görəndən sonra, öz sinəsinə dayayıb.
Polislərin onu fikrindən döndərmək üçün iki saatlıq danışıq aparıb. Lakin cəhdlər heç bir nəticə verməyib. Gənc polislərin uzaqlaşmasını tələb edib.
Bundan sonra o, hadisə yerindən kənarlaşıb, ancaq bir neçə küçə sonra saxlanılıb.
Məlum olub ki, Muhammed E. bir neçə ay əvvəl də bıçaqla özünə qəsd etmək istəyib.
Bizim.Media