Azərbaycan Prezidenti: “Bizi günahlandırmaq üçün kilsəni özləri atəşə tuta bilərlər”

Azərbaycan Prezidenti: “Bizi günahlandırmaq üçün kilsəni özləri atəşə tuta bilərlər”

Hazırda oxunan: Azərbaycan Prezidenti: “Bizi günahlandırmaq üçün kilsəni özləri atəşə tuta bilərlər”

1679

“Bu, ehtimal ki, bizim artilleriyanın səhvi olub və ya, ikinci variant o ola bilər ki, ermənilər bizi günahlandırmaq üçün bunu özləri ediblər”.

Bizim.Media-nın məlumatına görə Prezident İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Necə olub ki, Dağlıq Qarabağda kilsəyə zərbə endirilib” sualına cavabında deyib.

“Xristianlar öz kilsələrinə atəş açıblar” sualına cavabında Prezident bunun kiçik ziyan olduğunu, kilsənin dağılmadığını bildirib:

“Siz oranın şəkillərini görmüsünüz? Kiçik ziyandır. Kilsə dağılmayıb. O, maksimum iki həftəyə təmir edilə bilər. Ona görə də, bizdə şübhə var ki, bu, bizi günahlandırmaq üçün onların özləri tərəfindən törədilmiş ola bilər”.

Dövlət başçısı Ermənistanın məscidlərdə törətdiyi barbar hərəkətlərə də diqqət çəkib:

“Burada, Bakıdakı erməni kilsəsi bizim tərəfimizdən qorunub saxlanıb. Biz onu dağıtmamışıq. Biz onu qoruyuruq. Biz orada minlərlə erməni kitabı saxlayırıq. Onlar isə işğaldan azad edilmiş Zəngilanda məsciddə donuz saxlayırdılar. Fərq bundadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO