“Kür çayında bu il də su azlığı müşahidə olunur. Hal hazırda Kür çayında kənd təsərrüfatı sahələrinin suvarılması üçün problemlər yaranıb”.
Bizim.Media xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov bildirib. Onun sözlərinə görə öz növbəsində içməli suya da ciddi şəkildə ehtiyac yaranıb:
“Hər il aprel ayında Kür çayının daşması müşahidə olunurdusa, artıq 2 ildir, suyu quruyub. Artıq Xəzər dənizinin duzlu suyu çay axını boyu geri gəlir. Ümid edirəm ki, bu ekoloji problem həll olunacaq”, deyə ekspert əlavə edib.
Bizim.Media