Aİ sammitində Ukrayna və Moldovanın üzvlük məsələsinə BAXILACAQ - Gürcüstan isə…

Aİ sammitində Ukrayna və Moldovanın üzvlük məsələsinə BAXILACAQ - Gürcüstan isə…

Hazırda oxunan: Aİ sammitində Ukrayna və Moldovanın üzvlük məsələsinə BAXILACAQ - Gürcüstan isə…

167450

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin liderləri dekabrın 14-15-də keçiriləcək sammitdə Ukrayna və Moldova ilə icmaya qoşulmaq üçün danışıqlara başlamaq barədə qərar qəbul edəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, sammitin yekun bəyannaməsi layihəsinə əsasən Avropa Şurası Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlamaq qərarına gəlib.

Bəyannamə layihəsində həmçinin qeyd edilib ki, lazımi şərtləri yerinə yetirərsə, Aİ Gürcüstana icmaya üzv olmaq üçün namizəd statusu verməyə hazırdır.
Avropalı diplomatlar qeyd edirlər ki, bu, sammitdən əvvəl üzv ölkələrin nümayəndələri arasında aparılan danışıqlar zamanı dəyişdiriləcəyi gözlənilən yekun bəyannamənin ilk variantıdır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO