COVAX Azərbaycana ilk vaksin partiyasını göndərdi - VİDEO

COVAX Azərbaycana ilk vaksin partiyasını göndərdi - VİDEO

Hazırda oxunan: COVAX Azərbaycana ilk vaksin partiyasını göndərdi - VİDEO

16745

Azərbaycana COVAX platforması çərçivəsində yeni növ koronavirusa (COVİD-19) qarşı vaksin göndərilib.

Vaksin yüklü təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan 432 000 doza “AztraZeneca” vaksini alır


Qeyd edək ki, GAVI (Vaksin və İmmunizasiya üzrə Qlobal Alyansı) təşkilatının Kommunikasiya üzrə baş meneceri Rozi Qrivs martın 30-da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevlə onlayn formatda görüşdə bildirib ki, ilkin mərhələdə Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi Azərbaycana göndəriləcək.

Eləcə də, 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksinləri ayrılacaq.

Ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin may ayının sonuna qədər Azərbaycan Respublikasına idxalı nəzərdə tutulub.(APA)

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO